İdarəetməni itirən sürücü qəza törətdi - Sumqayıt

 22:12 20.11.2020     210

Sumqayıt şəhərində yol qəzası baş verib.

Redaktor.az-ın məlumatına görə, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

Belə ki, 50-CT-183 dövlət nömrə nişanlı "VAZ 2112" markalı avtomobilin sürücüsü idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi yolun sağında dayanan 99-TP-479 dövlət nömrə nişanlı "KİA Optima" markalı maşına çırpılıb. Qəza nəticəsində xəsarət alan olmasa da, hər iki avtomobilə ciddi ziyan dəyib.

Hadisə yerinə DYP əməkdaşları və təxliyə maşını gəlib. //Report