Şəxsi maşında maska taxmaq məcburidir? - RƏSMİ CAVAB

 22:55 20.11.2020     597

Avtomobildə sürücüdən başqa digər şəxs və ya şəxslər olduqda, avtomobildəkilərin hamısı maskadan istifadə etməlidir.

Redaktor.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən (DİN) bildirilib. Qeyd edilib ki, avtomobil idarə edən şəxs tək olduqda maskadan istifadə məcburi deyil.

Xatırladaq ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, 21 noyabr saat 00-dan etibarən açıq havada da tibbi maskadan istifadə məcburi olacaq. //Trend