Avtomobil piyadanı vurub öldürüb - Quba

 14:38 21.11.2020     89

Qubada yol-nəqliyyat hadisəsi baş verib.

Redaktor.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin mərbuat xidmətindən bildirilib ki, noyabrın 20-də saat 19 radələrində Quba rayonunun 2-ci Nügədi kəndi ərazisində kənd sakini N.Hüseynzadə idarə etdiyi “VAZ-2106” markalı avtomobillə yolu keçən həmkəndlisi Sənurə İsayevanı vurub. Nəticədə piyada aldığı xəsarətlərlə xəstəxanaya yerləşdirilib və orada ölüb.

Quba RPŞ tərəfindən araşdırma aparılır. //Trend