20 yaşlı tələbə vəfat edib

 22:14 21.11.2020     179

Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi vəfat edib.

Redaktor.az xəbər verir ki, Sumqayıt şəhər sakini, 2000-ci il təvəllüdlü Elməddin İslamzadə vəfat edib. Onun leykoz xəstəliyindən dünyasını dəyişdiyi bildirilir.

Qeyd edək ki, mərhum ADİU-nin Biznes və menecment fakültəsinin 3-cü kurs tələbəsi idi.

\\Report