Qaradağda qəza - ölən var

 22:59 21.11.2020     201

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Redaktor.az-ın məlumatına görə, hadisə Qarabağ rayonu, Səngəçal qəsəbəsində qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində 1947-ci il təvəllüdlü Qurbanov Yəhya Məmməd oğlu ağır bədən xəsarətləri alıb, onun həyat yoldaşı isə hadisə yerində dünyasını dəyişib.

Y.Qurbanov təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb, müayinə zamanı ona açıq kəllə-beyin travması diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır. \\Report