Bakı-Ələt yolunda ağır qəza: Ölən və yaralanan var - FOTO

 00:22 23.11.2020     262

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Redaktor.az xəbər verir ki, hadisə Bakı-Ələt yolunun 40-cı kilometrliyində qeydə alınıb.

Belə ki, Rəşad Rəhmanovun idarə etdiyi “İsuzu” markalı yük maşını arxadan 10-GE-202 dövlət nömrə nişanlı “VAZ 2107” markalı avtomobili vurub. Hadisə nəticəsində "VAZ 2107" markalı avtomobilin sürücüsü xəsarət alıb, maşında olan sərnişin isə dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır //Report

Vumart və Güvən reklamı Vumart Güvən