"ARB 24" televiziyası 10 yaşını qeyd edir

 11:35 27.11.2020     1255

"ARB Media Qrup"un tərkibinə daxil olan "ARB 24" televiziyasının fəaliyyətə başlamasından 10 il ötür.

Bu münasibətlə Redaktor.az saytı adından başda həmin kanalın rəhbərliyi olmaqla bütün əməkdaşlarını səmimi qəlbdən təbrik edir, işlərində müvəffəqiyyətlər arzu edirik.

Qeyd edək ki, kanal 2010-cu il iyunun 1-də Tovuzda "Türkel TV" brendi ilə yayıma start verib. Telekanal 2013-cü ilin noyabrından etibarən tamaşaçıların önünə fərqli formada çıxıb. Televiziya 2014-ci il aprelindən isə xəbər buraxılışlarını hər yarım saatdan bir təqdim etməyə başlayır. Azərbaycanın ilk biznes-xəbər kanalı kimi fəaliyyətə başlayan “ARB 24” telekanalı 24 saat ölkə və dünyanın xəbər mühiti, xüsusilə iqtisadi sahədə baş verən bütün yenilikləri tamaşaçılara təqdim edir.

Qısa zaman kəsiyində bir sıra uğurlara imza atan kanal 2016-cı ilin sentyabr ayından "ARB 24" adı ilə fəaliyyətini davam etdirir.