Bakıda bir nəfər liftdə qalıb

 09:49 27.11.2020     213

Bakıda bir nəfər köməksiz vəziyyətdə qalıb.

Fövqəladə Hallar Nazirliyindən Redaktor.az-a verilən məlumata görə, ötən sutka ərzində “112” qaynar telefon xəttinə Bakı şəhərinin Xətai rayonu üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı bir müraciət daxil olub.

Dərhal çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən bir nəfərin liftdən çıxarılması təmin edilib.