Şəmkirdə ev yanıb - FHN

 09:56 27.11.2020     175

Şəmkir rayonunun Tatarlı kəndində ümumi sahəsi 108 m² olan kürsülü, birmərtəbəli evin yanar konstruksiyaları, içərisindəki ev əşyaları və zirzəmisinə yığılan 10 ton ot bağlamasının 8 tonu yanıb.

Redaktor.az FHN-in saytına istinadən xəbər verir ki, ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.