Azərbaycanda polietilen torbalar nə ilə əvəz olunacaq? - QADAĞANDIR!

 12:35 27.11.2020     712

Ötən gün Milli Məclis tərəfindən 2021-ci ilin yanvar ayından etibarən polietilen torbaların istehsalı və satışının dayandırılması ilə bağlı qərar qəbul olunub. Bəs, bundan sonra insanlar vərdiş etdikləri polietilen torbaları nə ilə əvəz edəcəklər?

Qida texnoloqu Ağa Salamov Redaktor.az-a açıqlamasında bildirib ki, bu qərarın verilməsi çox yaxşıdır:

“Lakin belə bir qadağa kütlə, insanlar tərəfindən asanlıqla qəbul olunmur. Onlar buna hazır deyil. Əgər bu addım insanların sağlamlığını düşünərək atılıbsa, bunu dəstəkləmək olar. Bildiyimiz kimi, bir sıra ölkələrdə belə torbaların satışı müəyyən məbləğ qarşılığındadır. Belə olduqda isə insanlar vacib olmadıqca həmin torbaları almırlar. Yəni, alış-veriş zamanı aldıqları bir neçə məhsul üçün torbaya pul vermirlər. Eynilə bizdə də belə olacaqsa, insanların pul verib torba alacağını düşünmürəm. Bu, həm də maddi baxımdan uyğun olmayacaq. Lakin birbaşa istehsalı, ixracı, satışı qadağan olunursa, bu çox düzgün qərardır. Bundan sonra isə düşünülməsi vacib digər məqam isə polietilen torbaların kağızla əvəz olunacağı halda daha çox ağacın kəsilməsidir. Ümid edirəm ki, bu zaman da ekoliji fəlakət baş verməz, bunun da bir yolu tapılar”.

Şəfəq Samed \ Redaktor.az