Bu nazirlik 2,5 milyon manatlıq avtomobil alır

 11:58 27.11.2020     132

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və "Azərmaş Group" MMC arasında 2,5 milyon manatdan çox məbləğdə müqavilə imzalanıb.

Redaktor.az bu barədə "Elektron satınalmalar" portalına istinadən məlumat verir.

Məlumata əsasən, Nazirliyin elan etdiyi avtomobillərin satın alınması tenderində qalib müəyyən olunub:

"Tender komissiyasının qərarı ilə "Azərmaş Group" MMC qalib elan olunub. Şirkətlə 2 512 170 manat məbləğində müqavilə imzalanıb".