Azərbaycanda daha 3712 nəfər koronavirusa yoluxub - 35 nəfər ölüb

 14:43 27.11.2020     1577

Azərbaycanda son sutkada koronavirus infeksiyasına 3712 yeni yoluxma faktı qeydə alınıb, 1359 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Redaktor.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada 35 nəfər COVID-19-dan vəfat edib.

Hazırkı dövrədək Azərbaycanda 109 min 813 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 69 min 931 nəfər müalicə olunaraq sağalıb, 1291 nəfər vəfat edib. Aktiv xəstə sayı 38 591 nəfərdir.

Ötən müddət ərzində 1 mln. 682 min 234 test aparılıb. Bugünkü test sayı isə 16 min 402-dir.