Hacı Zeynalabdin Tağıyevin kötücəsindən Qarabağa dəstək

 19:28 27.11.2020     1316

Məşhur milyonçu Hacı Zeynalabdin Tağıyevin kötücəsi Qarabağa gedəcəyini bildirib.

Redaktor.az xəbər verir ki, Alban Klaud bu barədə öz "Facebook" hesabında yazıb. O bildirib ki, çox yaxında Qarabağda olacaq:

"Məqsədim bu müharibə və tarixi bölgələrimiz haqqında fransız oxuyucular üçün yazmaqdır. Bununla daha faydalı ola biləcəyimi düşünürəm". 

Qeyd edək ki, Alban Klaud Azərbaycanlı xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin Fransada yaşayan kötükcəsidir. O, Tağıyevin birinci nikahdan olan ikinci oğlu Ağasadıqın varisidir.

Şəfəq Samed / Redaktor.az