Xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib - Gəncə

 01:42 28.11.2020     275

Gəncədə bədbəxt hadisə baş verib.

Redaktor.az-ın məlumatına görə, hadisə şəhərin Mircəlal Paşayev küçəsində  qeydə alınıb.

1964-cü il təvəllüdlü Məmmədov Raqif Yaqub oğlu sözügedən küçədə ehtiyatsızlıqdan su kanalına düşüb. Ağır kələ-beyin travması alan 64 yaşlı kişi xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır. //APA