Bakı-Quba yolunda qəza baş verib - FOTO

 23:19 27.11.2020     149

Bakı-Quba yolunda yol-nəqliyyat hadisəsi baş verib.

Redaktor.az xəbər verir ki, hadisə yolun 15-ci km-də qeydə alınıb.

Belə ki, 90-GD-426 dövlət nömrə nişanlı "Mercedes" markalı avtomobilin sürücüsü Hüseynzadə Hüseyn Füzuli oğlu idarəetməni itirib. Nəticədə avtomobil yolun kənarındakı səkiyə çırpılıb. Hadisə nəticəsində xəsarət alan olmasa da maşına ciddi ziyan dəyib.

Qəza yerinə DYP əməkdaşları və təxliyə maşını gəlib.

//Report