Neftçalada motosiklet qəza törədib

 05:47 04.12.2020     348

Neftçala rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Redaktor.az-ın məlumatına görə, hadisə axşam saatlarında Mürsəlli kəndində qeydə alınıb.

Kənd sakini, 1991-ci il təvəllüdlü Yusifov Qoşqar Cəmşid oğlu işlədiyi əkin sahəsindən evə qayıdarkən onu motosiklet vurub. Müxtəlif xəsarətlər alan Q.Yusifov Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır. //Report