Siyəzəndə yük maşını aşıb - Ölən var

 06:14 04.12.2020     316

Siyəzən rayonunda ölümlə nəticələnən yol qəzası olub.

Redaktor.az bildirir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat verib.

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Siyəzən rayonu ərazisində “KamAZ” markalı yük avtomobilinin yol kənarına aşması barədə məlumat daxil olub. Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1961-ci il təvəllüdlü Şıxməmmədov Əli Nurməmməd oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər. //Report