Yaşayış evində yanğın - FHN

 09:36 04.12.2020     508

Bakı şəhərinin Nərimanov rayonunda ümumi sahəsi 50 kv.m olan birmərtəbəli evdə yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Redaktor.az-a verilən məlumata görə, evin tavanı 20 kv.m sahədə və dam örtüyünün yanar konstruksiyaları 40 kv.m sahədə yanıb.

Evin qalan hissəsi və bitişik evlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;