Yasamalda maşın yanıb - FHN

Bakı şəhərinin Yasamal rayonunda “Kia” markalı minik avtomobilin yanar hissələri yanıb.
Redaktor.az-ın Fövqəladə hallar Nazirliyinin (FHN) saytına istinadən xəbərinə görə, yaxınlıqdakı avtomobillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.