Siyəzəndə yanğın olub

Siyəzən rayonunda ümumi sahəsi 50 m² olan gözəllik salonu kimi fəaliyyət göstərən birmərtəbəli tikilinin yanar konstruksiyaları yanıb.
Redaktor.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.