Masallıda yanğın olub - FHN

 10:02 31.12.2020     309

Masallı rayonunun Alışanlı kəndində ümumi sahəsi 80 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 40 m² sahədə və damına yığılan 8 ton ot bağlamasının 5 tonu yanıb.

Redaktor.az bildirir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, tövlənin və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub.

Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Vumart və Güvən reklamı Vumart Güvən