Bakıda qəzada ölən şəxsin kimliyi məlum oldu

Daxili İşlər Nazirliyi (DİN) Bakıda baş verən qəza ilə bağlı məlumat yayıb.
DİN-in Mətbuat xidmətindən Redaktor.az bildirilib ki, yanvarın 5-i saat 9 radələrində Binəqədi rayonu ərazisində Abşeron rayon sakini E.Qasımov idarə etdiyi “KİA” markalı avtomobili qarşıda gedən UAZ markalı avtomobilə vurub.
Nəticədə E.Qasımovun sərnişini olan qardaşı hadisə yerində ölüb, özü isə xəstəxanaya yerləşdirilib.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Qeyd edək ki, UAZ markalı avtomobil Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) məxsusdur.