Avtobusun yük yerində sərnişin daşıyan sürücü saxlanılıb - VİDEO

 18:26 06.01.2021     212

Bakıya gizli yolla sərnişin daşıyan avtobus sürücüsü saxlanılıb.

Redaktor.az-ın məlumatına görə, Bakı-Qazax yolunun 65-ci kilometrliyində quraşdırılmış xüsusi karantin postunda Bakı istiqamətində hərəkətdə olan Mingəçevir şəhər sakini Zamin Talıbova məxsus, Samux rayon sakini Ramiz Həsənovun idarə etdiyi “Mercedes” markalı iritutumlu avtobus saxlanılıb. Polis əməkdaşları və DİN-in hərbi qulluqçuları tərəfindən avtobusa baxış keçirilərkən avtobusun salonu boş olduğu halda onun baqaj yerində gizlənən 7 nəfər aşkar edilib.

İlkin araşdırmalarla məlum olub ki, avtobusun sahibi Z. Talıbov əvvəllər də müvafiq icazəsi olmayan şəxslərin qanunsuz yollarla karantin postlarından keçirməyə cəhd göstərib. Ona 1-ci dəfə inzibati cərimə, 2-ci dəfə isə inzibati həbs cəzası tətbiq edilib.

Bunlardan nəticə çıxarmayan avtobus sahibi və onun sürücüsü artıq 3-cü dəfə eyni inzibati xətanı törədiblər. //APA