Salyanda gənc qız sirkə turşusu içib

 23:48 06.01.2021     100

Salyan sakini sirkə turşusundan zəhərlənib.

Redaktor.az xəbər verir ki, hadisə axşam saatlarında Salyan şəhərinin Nazim Babayev küçəsi 5 ünvanında qeydə alınıb.

Həmin ünvanda yaşayan 2002-ci il təvəllüdlü Axundova Nərmin Taleh qızı stolun üstündəki sirkə turşusunu içib. Yaxınları onu dərhal Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırıblar. Həkimlər tərəfindən görülmüş profilaktik tədbirlər nəticəsində gənc qızın həyatını xilas etmək mümkün olub.

Onun vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır. //Report