Qarabağ müharibəsinin 19 yaşlı qazisi - ONA DƏSTƏK OLAQ! / FOTO

 15:45 07.01.2021     293

Vətən müharibəsinin qəhrəman oğullarından biri də 19 yaşlı qazimiz Şaban Məbdulludur.

Redaktor.az xəbər verir ki, Məbudlu Şaban Baloğlan oğlu 7 yanvar 2002-ci ildə Oğuz rayonunun Xaçmaz kəndində anadan olub.

O, 2009-cu ildə Xaçmaz kənd Vüqar İbrahimov adına 2 nömrəli orta məkəbin 1-ci sinfinə daxil olub. Məktəbi uğurla bitirdikdən sonra o, 2020-ci ilin yanvar ayının 14-də hərbi xidmətə yollanıb. Müharibə başladıqda Şaban hərbi xidmətdə olub.

Gedən döyüşlərdə qəhrəmancasına vuruşan Şaban Fizuli, Cəbrayıl və Xocavənddə düşmənə qarşı bir sıra uğurlu əməliyyatlarda iştirak edib.

27 oktyabrda Xocavənd uğrunda gedən gərgin döyüşlərin birində düşmənin atdığı mərmi nəticəsində qəlpə yarası alıb və sol çiyni çıxıb.

O, yaralandığı ilk gündən dəfələrlə əməliyyat olunub. Hazırda Mərkəzi Hərbi Klinik Hospitalda (Papanin) müalicəsi davam etdirilir.

Qeyd edək ki, Ş.Məbudlu 2 bacının bir qardaşıdır.

Qazimizə dəstək olmaq istəyənlər aşağıdakı bank hesabı vasitəsi ilə köməklik edə bilərlər.

Kapital Bank: 4169 7413 5399 0318

Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin!

Açıklama yok.

Açıklama yok.