Qusarda ikimərtəbəli ev yanıb - FHN

Qusar rayonunun Həzrə kəndində fərdi yaşayış evində yanğın baş verib.
Redaktor.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, hadisə zamanı ümumi sahəsi 200 m² olan ikimərtəbəli evin yanar konstruksiyaları 64 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.