Baş Prokurorluqda əməliyyat müşavirəsi keçirilib

 12:34 08.01.2021     678

Baş Prokurorluqda əməliyyat müşavirəsi keçirilib.

Baş Prokurorluğun Mətbuat xidmətindən Redaktor.az-a verilən məlumata görə, Baş prokuror Kamran Əliyevin rəhbərliyi ilə keçirilən müşavirə cinayətkarlığa qarşı mübarizə, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması sahəsində prokurorluq orqanları tərəfindən 2020-ci il ərzində görülmüş işlərin vəziyyətinin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunub.

Əməliyyat müşavirəsinin detalları barədə yaxın vaxtlarda ictimaiyyətə ətraflı məlumat veriləcək.

Vumart və Güvən reklamı Vumart Güvən