Ağdaş və Tərtər sakinlərindən oldu silahlar götürülüb

 14:21 08.01.2021     289

Ağdaş və Tərtər sakinlərində qanunsuz silahlar aşkar olunub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Redaktor.az-a verilən xəbərə görə, Ağdaş Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini Q.Mustafayevdən müvafiq sənədləri olmayan “TOZ-16” markalı ov tüfəngi götürülüb.

Eyni zamanda Tərtər polisi tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Evoğlu kənd sakinləri Q.Rzayevin, X.Axundovun, S.Allahverdiyevin və E.Cahangirovun yaşadıqları evlərə baxış zamanı beş ədəd “İJ” markalı ov tüfəngi aşkarlanıb.