Səkkiz prokurorluq işçisi vəzifəsindən azad edilib

 14:47 08.01.2021     151

Baş Prokurorluqda 2020-ci ildə prokurorluq orqanları tərəfindən görülmüş işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş əməliyyat müşavirəsi keçirilmişdir.

Baş Prokurorluğun Mətbuat Xidmətindən Redaktor.az-a verilən məlumata görə, müşavirədə Baş prokuror Kamran Əliyev çıxış edib.

Bildirilib ki, hesabat dövründə xidməti fəaliyyətində yol verdikləri nöqsanlara görə 30 prokurorluq işçisi intizam məsuliyyətinə cəlb edilib, onlardan 2-si prokurorluq orqanlarından xaric edilib, 8 nəfər vəzifədən azad edilib, 15 nəfərə töhmət və ya şiddətli töhmət, 5 nəfərə isə digər intizam tənbehi tədbiri tətbiq edilib.