Qanunsuz balıq ovu ilə məşğul olanlar saxlanılıb - FOTO

 17:58 08.01.2021     78

Polis əməkdaşları Xaçmaz rayonunun Turist kəndi ərazisində qanunsuz balıq ovu ilə məşğul olanlara qarşı əməliyyat keçirib. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Redaktor.az-a verilən xəbərə görə, Nəqliyyatda Baş Polis İdarəsinin əməkdaşlarının bu istiqamətdə keçirdikləri əməliyyat-axtarış nəticəsində 9 nəfərdən ibarət dəstə saxlanılaraq, istintaqa cəlb edilib. Saxlanılan şəxslərdən hər birinin qiyməti 220 manat dəyərində olan 64 ədəd nərə balığı, 2 ədəd qızıl balıq və qanunsuz ovda istifadə etdikləri xüsusi vasitələr aşkar edilərək götürülüb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 256-ci (Balıq və digər su bioresurslarını qanunsuz tutma) maddəsi ilə cinayət işi qaldırılaraq zəruri istintaq və əməliyyat tədbirləri davam etdirilir.