Gəncədə yol qəzası baş verib - FOTO

 22:28 08.01.2021     383

Gəncədə piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib. 

Redaktor.az-ın məlumatına görə, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Hərəkətdə olan “BMW” markalı minik maşını yol keçmək istəyən orta yaşlı kişini vurub. 

Dərhal piyada xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta-ağır olduğu bildirilir. Hadisə yerinə hüquq mühafizə orqanların əməkdaşları cəlb olunub. 

Faktla bağlı araşdırma aparılır.

//APA

Vumart və Güvən reklamı Vumart Güvən