Bakıda yeniyetmə bıçaqlanıb

 23:56 08.01.2021     261

Bakının Nəsimi rayonunda 17 yaşlı oğlan bıçaqlanıb.

Redaktor.az xəbər verir ki, hadisə metronun 28 may stansiyasının yaxınlığında baş verib.

2004-cü il təvəllüdlü Məstənzadə İlkin Sabit oğlu tanımadığı şəxslə mübahisə zamanı bıçaqlanıb. Yaralı qarnın ön divarının kəsilmiş deşilmiş xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsində araşdırma aparılır. //APA