Kürdəmirdə zəncirvari qəza: Yaralılar var - FOTO

 10:04 09.01.2021     284

Kürdəmir rayonunda zəncirvari qəza baş verib.

Redaktor.az-ın məlumatına görə, hadisə bu gün səhər saatlarında Bakı-Qazax yolunun rayonun Sığırlı kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, bir neçə yük və minik avtomobili bir-birinə çırpılaraq qəzaya düşüb. Nəticədə avtomobillərə ciddi ziyan dəyib, yaralılar var.

İlkin məlumata görə, qəzaya yollarda yaranmış buz səbəb olub.

Faktla bağlı araşdırma aparılır.

Fotolar Amil Hacıyevə məxsusdur. //Report.az

Vumart və Güvən reklamı Vumart Güvən