Avtobus qadını vuraraq öldürüb - Abşeron

 13:29 09.01.2021     226

Abşeron rayonunda yol qəzası baş verib.

Bu barədə Redaktor.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Belə ki, yanvarın 8-i saat 7 radələrində Abşeron rayonunun Pirəkəşkül qəsəbəsi ərazisində Bakı şəhər sakini T.Məmmədov idarə etdiyi “Daewoo” markalı avtobusla yolu keçən Aşağı Güzdək qəsəbə sakini A.Məmmədovanı vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.