Bakıda eletrik sayğacları yandı- Sakinlər təxliyə edildi...

 15:25 09.01.2021     342

Bakı şəhərinin Suraxanı rayonunda çoxmərtəbəli yaşayış binasının yeddinci mərtəbəsinin pilləkən qəfəsində quraşdırılan 10 ədəd elektrik sayğacı yanıb.

Redaktor.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verir ki, yanğın zamanı yanğınsöndürənlər tərəfindən 10 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.

Mənzillər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 

Vumart və Güvən reklamı Vumart Güvən