Bakı sakini ürəyindən bıçaqlandı

 23:02 09.01.2021     1068

Bakının Nizami rayonunda qətl hadisəsi baş verib.

Redaktor.az xəbər verir ki, hadisə 8-ci kilometr bazarının yaxınlığında qeydə alınıb.

1979-cu il təvəllüdlü Səfərov İmran Mustafa oğlu tanışı ilə dava zamanı bıçaqlanıb. O, ürəyindən bıçaq xəsarəti alaraq hadisə yerində keçinib.

Faktla bağlı Nizami Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanılıb. //APA