Şamaxıda şirkətdən oğurluq edilib - DİN

 11:33 11.01.2021     92

Şamaxı Rayon Polis Şöbəsinə (RPŞ) Məhdud Məsuliyyətli Cəmiyyətlərin (MMC) birinə məxsus elektrik kabellərinin rayonun Əngərxan kəndi ərazisindən oğurlanması barədə müraciət daxil olub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Redaktor.az-a verilən məlumata görə, daxil olan müraciət əsasında keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində oğurluq hadisəsini törətməkdə şübhəli bilinən Şamaxı şəhər sakini Vüqar Həsənov saxlanılıb.

Onun yaşadığı ünvana baxış keçirilən zaman oğurladığı kabellər və iki ədəd şüşə qabda ümumi çəkisi 31 qram olan narkotik vasitə - qurudulmuş marixuana aşkar olunaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı Şamaxı RPŞ-də Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb.