Bakıda mağazadan 10 min dollar oğurlanıb

 11:54 11.01.2021     244

Bakıda mağazadan oğurluq olub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Redaktor.az-a verilən məlumata görə,, Nəsimi Rayon Polis İdarəsi  22-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 8-də rayon ərazisindəki mağazaların birindən 10.000 ABŞ dolları pul oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş R.Abbasov və Şamaxı rayon sakini M.Mahmudov saxlanılıblar.

Şəxsi axtarış zamanı M.Mahmudovdan metamfetamin aşkar edilərək götürülüb.