Bakıda mənzildən meyit tapılıb - FHN

 15:42 11.01.2021     237

Bakıda mənzildən kişi meyiti tapılıb.

Redaktor.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, paytaxtın Binəqədi rayonunda 1 nəfər evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri evin giriş qapısını açıb və orada aşkarlanan 1988-ci il təvəllüdlü Seyidov Şəhriyar Zahir oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.