Füzuli uğrunda döyüşlərdə şəhid olan DİN-in çavuşu - FOTO

Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunlarının çavuşu Xeyrullayev Cəlil Mürvət oğlu Vətən müharibəsinin şəhidlərindəndir.
Nazirlikdən Redaktor.az-a verilən məlumata görə, C. Xeyrullayev Quba rayonunun II Nügədi kəndində doğulub.
O, oktyabrın 15-i Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olub.