Qadın dəm qazından boğularaq ölüb

Siyəzəndə bədbəxt hadisə baş verib.
Redaktor.az-ın verdiyi xəbərə görə, hadisə rayonun Yenikənd kəndində qeydə alınıb.
Kənd sakini,1979-cu il təvəllüdlü Zeynalova Aynurə Zeynal qızı dəm qazından boğularaq ölüb.
Faktla bağlı araşdırma aparılır. //APA