ADPU-nun dosenti vəfat edib

 11:10 12.01.2021     305

Azərbaycan Dövlət Pedoqoji Univeristetinin Fizikanın tədrisi metodikası kafedrasının dosenti, Pedaqogika üzrə fəlsəfə doktoru Xəlil Padarov vəfat edib.

Redaktor.az-ın xəbərinə görə, bu barədə mərhumun dostları məlumat verib.

Bildirilib ki, X.Padarov 70 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, X.Padarov 1950-ci il oktyabrın 7-də Azərbayacan Respublikası Balakən rayon Tülü kəndində anadan olub. 1966-cı ildə Balakən şəhər Nizami adına 1 saylı orta məktəbi bitirib. 1975-ci ildə V.İ.Lenin adına APİ-nin (indiki ADPU-nin) ÜTF və fizika fakultəsini bitirib.

1992-2016-cı ildə Fizikanın Tədrisi metodikası kafedrasında dosent, 2004-2016- ilin aprel ayına qədər Azərbaycan Dövlət Pedaqoji Universiteti Fizika fakultəsində dekan müavini vəzifəsində çalışıb.