Evdən qızıl oğurlayan qadın saxlanıb

 12:35 12.01.2021     104

Bakıda evdən qızıl oğurlanıb.

Redaktor.az DİN mətbuat xidmətinə istinadla xəbər verir ki, yanvarın 10-da Binəqədi rayonu ərazisindəki evlərin birindən 9000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.

Binəqədi rayon Polis İdarəsi 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Ş.İbişova saxlanılıb.