Xudayar Yusifzadənin büstü hazırlanıb - FOTO

 03:07 13.01.2021     102

“Vətən yaxşıdır” mahnısı ilə məşhurlaşan şəhid gizir Xudayar Yusifzadənin büstü hazırlanıb.

Redaktor.az xəbər verir ki, büstün müəllifi heykəltəraş Teymur Qəribovdur.

Qeyd edək ki, X. Yusifzadə Bərdənin Qazıqurdalı kəndində anadan olub. O, Bərdədəki 1 saylı uşaq-musiqi məktəbinin xanəndəlik ixtisasını bitirsə də, hərbçi olmağa qərar verib. Oktyabrın 23-də isə Zəngilanın Ağbənd qəsəbəsi uğrunda gedən döyüşlərdə ağır yaralanaraq şəhidlik zirvəsinə ucalıb. O, ölümündən sonra “Azərbaycan Bayrağı” ordeninə layiq görülüb.

//Axşam.az