Şəkidə avtomobil körpüdən aşıb - Ölən və yaralananlar var

 21:39 12.01.2021     195

Bu gün Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun 56-cı kilometrliyində - Şəki rayonu Daşüz kəndi ərazisindən keçən hissəsində ölümlə nəticələnən ağır yol qəzası baş verib.

Redaktor.az-ın məlumatına görə, Qax rayonu Şotovar kənd sakini 1995-ci il təvəllüdlü Rəvan Rəsul oğlu Məcidov idarə etdiyi “Mercedes” markalı minik avtomobiliylə Yevlax rayonu istiqamətindən Qax rayonu istiqamətində hərəkətdə olarkən idarəetməni itirib və avtomobil körpüdən aşıb.

Qəza zamanı sürücü R.Məcidovun qardaşı, 1998-ci il təvəllüdlü Kənan Rəsul oğlu Məcidov aldığı müxtəlif dərəcəli ağır bədən xəsarətlərindən hadisə yerində dünyasını dəyişib.

Sürücü və avtomobildə olan digər sərnişin Qax rayonu Turaclı kənd sakini, 1998-ci il təvəllüdlü Hüseyn Mədət oğlu Hüseynov aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır. //Qafqazinfo