Rəşid Mahmudov koronavirusa yoluxub

 16:58 13.01.2021     382

Tibb Universitetinin dosenti, tanınmış ictimai xadim Rəşid Mahmudov koronavirusa yoluxub.

Redaktor.az xəbər verir ki, dosentin COVID-19 testinin nəticəsi pozitiv çıxıb. Hazırda onun müalicəsi davam edir.

R.Mahmudov Unikal.org-a açıqlamasında xəbəri təsdiqləyib:

“Bir neçə gün öncə test verdim. Koronavirusa yoluxduğum məlum oldu. Hazırda evdə müalicə alıram. Hələ ki, səhhətim normaldır”. //Oxu.az