Qazaxda ikimərtəbəli ev yanıb - FHN

 19:48 13.01.2021     405

Qazaxda yanğın olub.

Redaktor.az-ın məlumatına görə, hadisə rayonun Hüseynbəyli kəndində qeydə alınıb. Belə ki, ümumi sahəsi 900 m² olan (hər mərtəbəsi 450 m²) ikimərtəbəli evin dam örtüyü, ikinci mərtəbəsinin yanar konstruksiyaları və ev əşyaları 450 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. //APA

 

Vumart və Güvən reklamı Vumart Güvən