Bakıda qəza - Xəsarət alan var

 23:08 13.01.2021     606

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Redaktor.az-ın məlumatına görə, hadisə Sabunçu rayonunda qeydə alınıb.

Sürücü 2001-ci il təvəllüdlü Yusifov Kənan Mahir oğlu motosikletlə hərəkətdə olarkən idarə etdiyi nəqliyyat vasitəsi sərnişin avtobusu ilə toqquşub. Nəticədə K. Yusifov xəsarət alıb. Yaralı təcili yardımın köməkliyi ilə 3 saylı şəhər Klinik Xəstəxanasına çatdırılıb. Müayinə zamanı ona üz-çənə sümüyünün sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır. //Report