“YAŞAT” Fonduna daxil olan vəsaitin məbləği AÇIQLANIB

 13:31 14.01.2021     59

Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fonduna (“YAŞAT” Fondu) daxil olan vəsaitin məbləği açıqlanıb.

Redaktor.az xəbər verir ki, indiyədək fondda 26 394 850,67 manat toplanıb.

Həmin vəsaitdən 15 594 763,57 manat fiziki şəxslər, 10 800 087,1 manat isə hüquqi şəxslər tərəfindən ödənilib.

Fonda daxil olan vəsaitin 1 198 278, 49 manatı xərclənib. Vəsaitin qalığı isə 25 196 572,18 manatdır.

Qeyd edək ki, Prezident İlham Əliyev dekabrın 8-də "Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun (“YAŞAT” Fondu) yaradılması haqqında" fərman imzalayıb.