Azərbaycanda koronavirusla bağlı SON VƏZİYYƏT

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 380 yeni yoluxma faktı qeydə alınıb, 1159 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Redaktor.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 14 nəfər vəfat edib.
Qeyd edək ki, Azərbaycanda indiyədək ümumilikdə 226,200 nəfər koronavirus infeksiyasına yoluxub.
Onlardan 213,279 nəfər müalicə olunaraq sağalıb, 2971 nəfər vəfat edib, aktiv xəstə sayı 9950 nəfərdir.